Əsas Səhifə > SİYASƏT > Ədliyyə Nazirliyinə qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün ərizə qəbulunun vaxtı uzadılıb
Ədliyyə Nazirliyinə qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün ərizə qəbulunun vaxtı uzadılıb29-04-2025, 15:28 |
Ədliyyə Nazirliyinə qulluğa qəbulla bağlı elan olunan növbəti müsabiqədə iştirak üçün ərizə qəbulunun vaxtı çoxsaylı müraciətlər nəzərə alınaraq, iyunun 1-i saat 23:59-dək uzadılıb. Şəffaflıq.az xəbər verir ki, namizədlər qeyd olunan tarixədək ərizələrini Nazirliyin rəsmi Müsabiqə üzrə test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar hər bir namizəd imtahana buraxılış vərəqəsini bu barədə elan verildikdən sonra Mərkəzin rəsmi Test imtahanının dəqiq vaxtı və yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması barədə namizədlərə öncədən məlumat veriləcək. Test imtahanından uğur qazanmış namizədlərin digər zəruri sənədləri bu mərhələdən sonra toplanılaraq yoxlanılacaq və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar. Namizədlər əlavə məlumat əldə etmək üçün (012) 538-01-62, 538-08-85 nömrəli telefonlarla əlaqə saxlaya bilərlər. Qeyd edək ki, müsabiqədə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən ali hüquq təhsilli Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Geri qayıt |