Əsas Səhifə > SİYASƏT > Ballıca kəndinə növbəti köç yola salınıb

Ballıca kəndinə növbəti köç yola salınıb


29-04-2025, 11:48


Xocalı rayonunun Ballıca kəndinə növbəti köç yola salınıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, Ballıca kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 15 ailə (68 nəfər) köçürülür.

Qeyd edək ki, bununla Ballıcaya köçürülən ailələrin sayı 172-yə (811 nəfər) çatacaq.


Geri qayıt