Əsas Səhifə > İdman > Abşeronda Taekvondo idman növü üzrə 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş " Ümid 3 " beynalxalq turnir keçirilib.-FOTO.
Abşeronda Taekvondo idman növü üzrə 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş " Ümid 3 " beynalxalq turnir keçirilib.-FOTO.20-01-2020, 23:56 |
Abşeron Olimpiya Kompleksində Taekvondo idman növü üzrə 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş " Ümid 3 " beynalxalq turnir təşkil olub.Yarışda 20 kamandada 200 taekvondoçu iştirak edib. Şəffaflıq.az xəbər verir ki,bu yarışda Iran Islam respublikasının taekvondo kamandası iştirak edirdi.Turnirdə uşaqlar, yeniyetmələr və gənc taekvondoçular qüvvələrini sınayıblar.Bu yarışa rəhbərliyi ATF , Azərbaycan Taekvondo Federasiyasının hakimlər komitəsi və “Ümid” taekvondo klubu həyata keçirib. Mükafatçı idmançılar “Ümid” taekvondo klubunun diplom və medalları ilə təltif edilib. Bu yarışın özəlliklərindən biridə, ondan ibarət olub ki, yeni təyin olunmuş Milli Hakimlərin kollektivi iştirak edib. Bu yarış onlar üçün bir sınaq olub. Yarışı idarə edən hakimlərdən Beynalxalq dərəcəli hakim Ramal, Xəzər, Xanım, Vüsal, Jalə kimi Milli hakimlər idarə ediblər. Alxas Məmmadov. Şəffaflıq.az Geri qayıt |