Əsas Səhifə > REGİON > İranda partlayış nəticəsində 8 nəfər ölüb, 750 nəfər yaralanıb
İranda partlayış nəticəsində 8 nəfər ölüb, 750 nəfər yaralanıb26-04-2025, 23:57 |
İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 8-ə çatıb, 750-dən çox insan yaralanıb. Şəffaflıq.az “Tasnim”ə istinadən xəbər verir ki, bunu İranın daxili işlər naziri İskəndər Momeni bildirib. Əyalət təhlükəsizlik qüvvələrinin komandiri Əli Əkbər Cavidanın sözlərinə görə, partlayış nəticəsində 6 nəfər itkin düşüb. "Tasnim" partlayışın yanacaq çənindəki alov nəticəsində baş verdiyini iddia edir. Yerli KİV-in məlumatına görə, partlayış o qədər güclü olub ki, Fars körfəzindəki Bəndər Abbas limanından azı 20 km aralıda yerləşən Keşm adasında eşidilib. Qeyd olunub ki, ölkədə fövqəladə vəziyyət elan edilib. Geri qayıt |