Əsas Səhifə > İdman > Həmyerlimizin idmanda nailiyyətləri

Həmyerlimizin idmanda nailiyyətləri


19-01-2020, 22:21

 

Camali Mayis Maarif oğlu “Şəffaflıq” qəzetinin redaksiyasına müraciət edərək idman sahəsində əldə edilmiş uğurları haqqında məlumat vermişdir.
O bildirmişdir ki, 1983-cü il təvəllüdlü olmaqla Bakı şəhərində anadan olub. 1993-cü ildən Karate do ilə məşğul olmağa başlayıb, 2012-ci ildən isə bu sahədə məşqçi kimi fəaliyyət göstərir. Onun rəhbərlik etdiyi idman klubunun tələbələri keçirilən yarışlarda yüksək nailiyyətlər əldə edirlər.
Belə tələbələrdən biri də Qurbanlı Anar Şahid oğludur. 2008-ci ildə dünyaya göz açmış bu gənc yeniyetmə elə 10 yaşında ikən – 2018-ci ildə karate do üzrə məşqlərə başlamış, hətta klublararası yarışlarda uğurlar qazanmışdır. Belə uğurlardan biri də 17 noyabr 2019-cu il tarixində Bakı birinciliyi uğrunda Abşeron Olimpiya Kompleksində 500 nəfərədək idmançının iştirakı ilə keçirilən yarışda Anarın öz yaşıdları arasında birinci yerə layiq görülməsi olmuşdur. Bu nəticəyə görə o, dünya kubokuna lisenziya almışdır.
05-09 dekabr 2019-cu il tarixində Bakı şəhərində Dünya Kuboku uğrunda yarış keçirilmiş və Qurbanlı Anar Şahid oğlu 10-11 yaşlılar və 39 kq çəkidə iştirak etmişlər arasında dünya kubokunun qalibi olmuşdur.
28 dekabr 2019-cu il tarixində Bakı Karate do Akademiyası Bakı Olimpiya stadionunda ilin yekunları və qaliblərin mükafatlandırması tədbiri keçirmişdir. Həmin tədbirdə Bakı Karate do Akademiyası tərəfindən dünya kubokunun qalibi olmuş Qurbanlı Anar Şahid oğlu fəxri fərmanla mükafatlandırılmışdır.
Biz də “Şəffaflıq” qəzetinin redaksiyasının bütün kollektivi olaraq respublika və dünya miqyasındakı idman yarışlarının qalibi olmuş həmyerlimiz Qurbanlı Anar Şahid oğlunun qalibiyyətlərinə sevinir, onunla fəxr edir və gələcəkdə də ona yeni nailiyyətlər arzulayırıq.  

"Şəffaflıq" qəzetinin kollektivi adından
      təsisçi və baş redaktor
            Vahid İsmayılov
















 










 

 
Geri qayıt