Əsas Səhifə > SİYASƏT > Sahibkarlar Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

Sahibkarlar Prezident İlham Əliyevə müraciət ünvanlayıblar


25-04-2025, 12:37


İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlar Günü” və 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması münasibətilə keçirilən “Konstitusiya və Suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransın iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

Şəffaflıq.az-ın məlumatına görə, müraciət sahibkarlar adından “Pasha Holding” MMC-nin Hüquq üzrə rəhbəri və Komplayens Departamentinin direktoru Aytac Qasımova tərəfindən səsləndirilib.


Geri qayıt