Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Moldovada Azərbaycan vətəndaşı saxlanılıb
Moldovada Azərbaycan vətəndaşı saxlanılıb25-04-2025, 12:07 |
Moldovada Rusiyanın beynəlxalq axtarışa verdiyi Azərbaycan vətəndaşı saxlanılıb. Bu barədə “Sputnik-Moldova”ya istinadən xəbər verir. Məlumata görə, saxlanılan şəxs Şlisselburqda (Rusiyanın Leninqrad vilayətində şəhər) atışmada iştirak etməkdə və silah alverində ittiham olunur. O, Moldova-Ukrayna sərhədində saxlanılıb. Həmin şəxs hazırda təcridxanadadır, Rusiyaya ekstradisiya olunacaq. Şəffaflıq.az Geri qayıt |