Əsas Səhifə > Hadisə > Gəncədə xəsarət alan məktəbli Bakıdakı xəstəxanaların birinə köçürülüb
Gəncədə xəsarət alan məktəbli Bakıdakı xəstəxanaların birinə köçürülüb25-04-2025, 11:27 |
Gəncə şəhərində xəsarət alan məktəbli Bakıdakı xəstəxanaların birinə köçürülüb. Şəffaflıq.az-ın məlumatına görə, aprelin 22-də Gəncə şəhərindəki məktəblərin birində baş verən insident zamanı xəsarət alan şagird F.Quliyev Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb. Xatırladaq ki, Yeni Gəncə yaşayış massivində yerləşən Ə.Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri arasında insident olub. F.Quliyev mübahisə zəminində xəsarət alaraq Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilmişdi. Geri qayıt |