Əsas Səhifə > EKOLOGİYA > Kürdə suyun səviyyəsi artıb
Kürdə suyun səviyyəsi artıb25-04-2025, 10:13 |
Bəzi çaylarda sululuq artıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Əyriçay-Ağyazıdə 2 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 17 sm, Zabuxçay-Bozluda 14 sm, Tərtərçay-Vəngdə 9 sm, Oxçuçay-Bürünlüdə 5 sm, Həkəriçay-Balasoltanlıda 4 sm artım qeydə alınıb. Transsərhəd çaylarda Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 5 sm artıb, su sərfi 665 m3/san olmaqla normanın 93%-ni təşkil edir. Şəffaflıq.az Geri qayıt |