Əsas Səhifə > İnfrastruktur > AZAL iki populyar kurort şəhərinə uçuşlara başlayır

AZAL iki populyar kurort şəhərinə uçuşlara başlayır


24-04-2025, 16:41


Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC (AZAL) yay uçuş cədvəli çərçivəsində aprelin 28-dən Tivata, mayın 2-dən isə Batumiyə müntəzəm uçuşlar yerinə yetirəcək.

Şəffaflıq.az AZAL-a istinadən xəbər verir ki, bu populyar kurort şəhərlərinə reyslər həftədə iki dəfə həyata keçiriləcək. Monteneqronun Tivat şəhərinə — bazar ertəsi və cümə axşamı, Gürcüstanın Batumi şəhərinə isə cümə və bazar günləri uçuşlar həyata keçiriləcək.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.


Geri qayıt