Əsas Səhifə > Hadisə > Qaradağda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb

Qaradağda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb


24-04-2025, 09:49


Ötən gün Bakının Qaradağ rayonunda baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb.

Şəffaflıq.az-ın məlumatına görə,  "Lada" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 6-sı kişi, 3-ü qadın olmaqla 9 nəfər bədənin müxtəlif hissələrinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara zəruri tibbi xidmətlər göstərilib, müayinələr olunub. Onlardan 3 nəfər əməliyyata alınıb, 1 nəfər Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.


Geri qayıt