Əsas Səhifə > FUTBOL > Futbol üzrə Azərbaycan Kubokunda sonuncu finalçı müəyyənləşib.
Futbol üzrə Azərbaycan Kubokunda sonuncu finalçı müəyyənləşib.23-04-2025, 23:51 |
Futbol üzrə Azərbaycan Kubokunda sonuncu finalçı müəyyənləşib. Şəffaflıq.az xəbər verir ki, bu yarımfinal mərhələsinin “Sabah”la “Neftçi” arasında baş tutan cavab matçında bəlli olub. “Bank Respublika Arena”da keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. “Sabah”ın heyətində 23-cü dəqiqədə Cesse Sekidika fərqlənib. “Neftçi”dən isə Emin Mahmudov 40-cı dəqiqədə rəqib qapısına yol tapıb. Beləliklə, iki oyunun nəticəsinə görə finala vəsiqə qazanan tərəf “Sabah” (2:1, 1:1) olub. Vasili Berezutskinin rəhbərlik etdiyi komanda mövsümün son matçında “Qarabağ”la üz-üzə gələcək. Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Geri qayıt |