Əsas Səhifə > FUTBOL > Futbol üzrə Azərbaycan Kubokunda "Araz-Naxçıvan"a qalib gələn "Qarabağ" finala yüksəlib.
Futbol üzrə Azərbaycan Kubokunda "Araz-Naxçıvan"a qalib gələn "Qarabağ" finala yüksəlib.23-04-2025, 23:42 |
Futbol üzrə Azərbaycan Kubokunda "Araz-Naxçıvan"a qalib gələn "Qarabağ" finala yüksəlib. Şəffaflıq.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan yarımfinal mərhələsinin cavab oyununda Ağdam təmsilçisi 3:0 hesablı qələbəyə sevinib. "Köhlən atlar"ın heyətində Yassin Benzia (65) Nəriman Axundzadə (70) və Toral Bayramov (77-p.) fərqləniblər. Tərəflər arasında ilk matçda Naxçıvan təmsilçisi qələbə qazanmışdı - 1:0. "Qarabağ" həlledici mərhələdə "Sabah" - "Neftçi" cütünün qalibi ilə üz-üzə gələcək. Qarşılaşma bu gün, saat 20:00-da start götürəcək. Birinci oyunda "bayquşlar" "ağ-qaralar"ı 2:1 hesabı ilə üstələyiblər. Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Geri qayıt |