Əsas Səhifə > Hadisə > Ağcabədidə su kanalının sahilindən avtomat aşkarlanıb
Ağcabədidə su kanalının sahilindən avtomat aşkarlanıb23-04-2025, 14:04 |
Ağcabədi rayonunda Aşağı Avşar kəndi ərazisində su kanalının kənarından silah-sursat aşkarlanıb. DİN Mətbuat Xidməti Bərdə regional qrupundan verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əraziyə keçirilən baxış zamanı 1 ədəd "Kalaşnikov" avtomatı, 25 ədəd patron və həmin silaha məxsus daraq götürülüb. Bundan əlavə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri müvafiq sənədləri olmayan 7 ədəd müxtəlif markalı ov tüfəngini polisə təhvil verib. Şəffaflıq.az Geri qayıt |