Əsas Səhifə > Dünya > Hindistanda naməlum xəstəlik 10 uşağı öldürdü

Hindistanda naməlum xəstəlik 10 uşağı öldürdü


19-01-2020, 00:02
 Hindistanda səbəbi bilinməyən xəstəlik səbəbindən son 2 həftə ərzində 10 uşaq dünyasını dəyişib.
Şəffaflıq.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, xəstəlik ölkənin Cammu Kəşmir bölgəsində qeydə alınıb. Səhiyyə işçiləri xəstəliyin baş vermə səbəbini hələ müəyyənləşdirə bilməyiblər. Xəstəliyin əlamətlərinin qızdırma, qusma və qarın ağrısı olduğu bildirilir.
Hazırda 6 uşağın vəziyyəti isə kritikdir.
Geri qayıt