Əsas Səhifə > FUTBOL > "Qalatasaray" Türkiyə Kubokunun finalına vəsiqə qazanıb.
"Qalatasaray" Türkiyə Kubokunun finalına vəsiqə qazanıb.22-04-2025, 23:57 |
"Qalatasaray" Türkiyə Kubokunun finalına vəsiqə qazanıb. Şəffaflıq.az xəbər verir ki, İstanbul təmsilçisi bir oyundan ibarət yarımfinal mərhələsində səfərdə "Konyaspor"a 5:1 hesabı ilə qalib gəlib. "Sarı-qırmızılar"ın qollarını Viktor Osimhen (26), Lukas Torreyra (42) Roland Şallai (47, 55) və Yusuf Demir (90+1) vurub. Meydan sahiblərinin heyətində isə Pedrinyo (53) fərqlənib. Qeyd edək ki, "Qalatasaray" finalda "Trabzonspor" - "Göztəpə" matçının qalibi ilə qarşılaşacaq. Geri qayıt |