Əsas Səhifə > MEDİA > Azərbaycanda daha bir yayımçıya universal platforma operatoru lisenziyası verilib
Azərbaycanda daha bir yayımçıya universal platforma operatoru lisenziyası verilib22-04-2025, 09:50 |
“Digitürk Azərbaycan” MMC-yə universal platforma operatoru lisenziyası verilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Audiovizual Şura qərar qəbul edib. Bildirilib ki, Audiovizual Şuranın onlayn iclası keçirilib. İclasda lisenziya verilməsi ilə əlaqədar Audiovizual Şuraya "Digitürk Azərbaycan" MMC tərəfindən edilmiş müraciət müzakirə olunub. Sənədlərə və müvafiq şöbələrin hazırladıqları rəylərə baxışdan sonra "Digitürk Azərbaycan" MMC-yə universal platforma operatoru lisenziyasının verilməsi barədə qərar qəbul olunub. Geri qayıt |