Əsas Səhifə > EKOLOGİYA > Sabah havanın temperaturu 27 dərəcəyədək yüksələcək
Sabah havanın temperaturu 27 dərəcəyədək yüksələcək21-04-2025, 14:21 |
Bakıda və Abşeron yarımadasında aprelin 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər yarımadanın bəzi ərazilərində qısamüddətli az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 10-13, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 65-70 %, gündüz 50-60 % təşkil edəcək. Havanın temperaturunun gecə 9-12, gündüz 22-27, dağlarda gecə 0-5, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir. Şəffaflıq.az Geri qayıt |