Əsas Səhifə > ELM VƏ TƏHSİL > Türk dövlətlərinin Süni İntellekt İnstitutunun yaradılması təklif olunur
Türk dövlətlərinin Süni İntellekt İnstitutunun yaradılması təklif olunur21-04-2025, 13:04 |
Türk dövlətlərinin Süni İntellekt İnstitutunun yaradılması təklif olunur. "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov Bakıda Beynəlxalq Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin sosioloji tədqiqat nəticələrinin təqdimatına həsr edilmiş beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, belə bir institutun mərkəzi Bakı ola bilər: "Eyni zamanda türk dövlətlərinin ortaq təhsil proqramlarının hazırlanması xüsusi əhəmiyyətlidir. Bu, hətta ortaq universitetlərdən də vacibdir. Geri qayıt |