Əsas Səhifə > SİYASƏT > İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verib
İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verib18-04-2025, 13:00 |
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin millət vəkili Mövlud Çavuşoğluya atasının vəfatı ilə bağlı başsağlığı məktubu göndərib. Şəffaflıq.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Çavuşoğlu. Ailənizə üz vermiş ağır itki – atanız Osman Çavuşoğlunun vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu üzüntülü anlarda dərdinizə şərik çıxır, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm. Allah rəhmət eləsin!". Geri qayıt |