Əsas Səhifə > Hadisə > Bakıda evdən 17 min manatlıq oğurluq olub
Bakıda evdən 17 min manatlıq oğurluq olub18-04-2025, 12:43 |
Bakının Xətai rayonu ərazisində yerləşən evlərin birindən ümumilikdə 17 min manatdan artıq pul vəsaiti və qızıl-zinət əşyaları naməlum şəraitdə oğurlanıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 35 yaşlı R.Şirinov və 33 yaşlı R.Abdullayev müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |