Əsas Səhifə > Hadisə > Bakıda 82 yaşlı kişini avtomobil vuraraq öldürüb

Bakıda 82 yaşlı kişini avtomobil vuraraq öldürüb


18-04-2025, 09:39


Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Şəffaflıq.az xəbər verir ki, 1992-ci il təvəllüdlü Bağırov Cəsur Cavid oğlunun idarə etdiyi avtomobil Buzovnada yolu keçən piyada 1943-cü il təvəllüdlü Babayev Vasib Murtuza oğlunu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.


Geri qayıt