Əsas Səhifə > Maraqlı > Bakıda uşaq evində azyaşlının döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda uşaq evində azyaşlının döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA


18-01-2020, 12:07

 

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllim tərəfindən uşaqlardan birinin döyülməsi ilə bağlı yayılmış videogörüntülərə münasibət bildirib.

İdarədən bildirilib ki, məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən verilən məlumata görə İdarə tərəfindən Uşaq bağçaları və Uşaq evlərində sistematik olaraq reydlər və yoxlamalar aparılır, aşkar edilmiş faktlarla bağlı müvafiq tədbirlər görülür. Qeyd edilmiş hadisə ötən ilin dekabr ayında baş verib. Məsələni araşdıran komissiyanın qərarına əsasən dekabr ayında müəllimə Elnurə Qüdrət qızı Məmmədova bu və yol verdiyi digər nöqsanlara görə işdən azad olunub.

Şəffaflıq.az
Geri qayıt