Əsas Səhifə > İdman > Kiprin futbol çempionatı dayandırıldı - Hakimə sui-qəsd cəhdi...
Kiprin futbol çempionatı dayandırıldı - Hakimə sui-qəsd cəhdi...18-01-2020, 12:04 |
Kiprin futbol çempionatının oyunu yarışın hakimlərindən birinin həyatına sui-qəsd cəhdinə görə qeyri-müəyyən müddətə təxirə salınıb. Şəffaflıq.az report-a istinadən xəbər verir ki, bu barədə Kiprin Futbol Federasiyasının mətbuat xidməti bildirib. Məlumata görə, matçın 33 yaşlı hakimi Andreas Konstantinin avtomobili minalanıb. Hüquq-mühafizə orqanlarının xəbərlərində bildirilir ki, sui-qəsd cəhdi hakimin evinin yaxınlığındakı dayanacaqda olub. Partlayışdan sonra avtomobilə ciddi zərər dəyib. Hakim özü zərər çəkməyib. Qeyd edilir ki, Andreas Konstantinə sui-qəsd cəhdi Kipr futbolunda korrupsiya və hakimlərin ələ alınması ilə bağlı yaranmış vəziyyətə reaksiya ola bilər. Geri qayıt |