Əsas Səhifə > Hadisə > Şabranda çaydan iki meyit tapılıb
Şabranda çaydan iki meyit tapılıb17-04-2025, 10:44 |
Şabranda çaydan iki meyit tapılıb. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, ötən gün Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib. Şəffaflıq.az Geri qayıt |