Əsas Səhifə > Cəmiyyət > Vilayət Eyvazov mayoru rəis təyin etdi
Vilayət Eyvazov mayoru rəis təyin etdi18-01-2020, 10:32  | 
  Daxili İşlər orqanlarında növbəti təyinat olub.Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis mayoru Cavanşir Orucov Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi təyin edilib. Xəbəri Xaçmaz RPŞ-dən Unikal.org-a təsdiqləyiblər. Qeyd edək ki, bir müddət öncə nazirin əmri ilə, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi Səxavət Abbasov vəzifəsindən azad edilmişdi. 
Geri qayıt  |