Əsas Səhifə > ELM VƏ TƏHSİL > Emin Əmrullayevin Sabirabaddakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Emin Əmrullayevin Sabirabaddakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib


16-04-2025, 14:45


Elm və təhsil naziri Emin Əmrullayevin Sabirabaddakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, nazirin aprelin 18-də Sabirabad şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu aprelin 21-də keçiriləcək.

Qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinlərinin iştirakı nəzərdə tutulub.

Vurğulanıb ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.


Geri qayıt