Əsas Səhifə > MALİYYƏ > Azərbaycanda məxfi auditlərlə 3 milyon manata yaxın vəsait büdcəyə geri qaytarılıb

Azərbaycanda məxfi auditlərlə 3 milyon manata yaxın vəsait büdcəyə geri qaytarılıb


15-04-2025, 12:17


Hesablama Palatasının 2023-cü il üzrə audit planına uyğun olaraq məxfi rejimdə aparılan auditlər nəticəsində dövlət büdcəsinə ümumilikdə 3,8 milyon manatlıq bərpa tədbirləri müəyyən edilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Palatanın 2024-cü il üzrə fəaliyyətinə dair hesabatında bildirilir.

Bildirilib ki, bu məbləğin 2,9 milyon manatı artıq dövlət büdcəsinə qaytarılıb. Qalan 0,9 milyon manatın bərpası isə davam etdirilir.


Geri qayıt