Əsas Səhifə > İnfrastruktur > Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib15-04-2025, 09:39 |
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik olunub. Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir. Şəffaflıq.az Geri qayıt |