Əsas Səhifə > SİYASƏT > Bu ilin ilk üç ayında 102 şəxsin Azərbaycana readmissiyası həyata keçirilib

Bu ilin ilk üç ayında 102 şəxsin Azərbaycana readmissiyası həyata keçirilib


14-04-2025, 14:45


Bu ilin birinci rübündə Dövlət Miqrasiya Xidməti (DMX) 102 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib.

Bu barədə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Bildirilib ki, onlar əsasən Avropa ölkələrindən geri qəbul edilmiş şəxslərdir.

Qeyd edək ki, proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində baş tutub.

Şəffaflıq.az


Geri qayıt