Əsas Səhifə > İnfrastruktur > Azərbaycanda yükdaşıma şirkətlərinin fəaliyyəti üçün yeni tələblər müəyyən olunur
Azərbaycanda yükdaşıma şirkətlərinin fəaliyyəti üçün yeni tələblər müəyyən olunur14-04-2025, 12:37 |
Azərbaycanda yükdaşıma fəaliyyəti ilə məşğul olan şirkətlər üçün nizamnamə kapitalının minimum 50 min manat məbləğində müəyyən edilməsi təklif olunur. Bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının Nəqliyyat və Logistika Müəssisələri Komissiyasının sədri Kamran Həbibov bildirib. Onun sözlərinə görə, hazırda “Nəqliyyat-ekspeditor fəaliyyəti haqqında” yeni qanun layihəsi üzərində iş aparılır: “Sahibkarlar beynəlxalq təcrübəyə əsaslanaraq təklif edirlər ki, logistika zəncirinin bütün iştirakçıları - o cümlədən anbarlar, beynəlxalq və yerli avtodaşıyıcılar, nəqliyyat-ekspeditor şirkətləri - icbari məsuliyyət sığortasına cəlb olunsun. Eyni zamanda bu sahədə fəaliyyət göstərən şirkətlər üçün nizamnamə kapitalına dair xüsusi tələblər müəyyən edilsin. Qanun layihəsinin hazırlanmasında iştirak edən sahibkarlar hesab edirlər ki, bu, Azərbaycanda logistika sektorunun inkişafına təkan verəcək”. K. Həbibov qeyd edib ki, yeni qanun çərçivəsində şirkətlər üçün nizamnamə kapitalının minimum 50 min manat müəyyən olunması təklif edilir: Şəffaflıq.az Geri qayıt |