Əsas Səhifə > İdman > Eldəniz Əzizli Avropa çempionatında gümüş medal əldə edib

Eldəniz Əzizli Avropa çempionatında gümüş medal əldə edib


12-04-2025, 23:30


Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında gümüş medal əldə edib.

Şəffaflıq.az-ın məlumatına görə, təcrübəli idmançı finalda rusiyalı Emin Seferşayevə (UWW) uduzub.

Qeyd edək ki, Eldəniz Əzizli 2018 və 2022-ci illərdə Avropa çempionatında qızıl mükafat qazanıb. Bu gün Murad Məmmədov (63 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc medal görüşünə çıxacaqlar.


Geri qayıt