Əsas Səhifə > MALİYYƏ > Azərbaycan Moldova ilə əmlak üzrə əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan Moldova ilə əmlak üzrə əməkdaşlıq perspektivlərini müzakirə edib


11-04-2025, 15:26


Azərbaycan və Moldova arasında dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi, torpaqlardan səmərəli istifadə sahəsində tərəflərin təcrübə mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Şəffaflıq.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, müzakirələr qurumun rəisi Mətin Eynullayevin Moldovanın Dövlət Əmlak Agentliyinin baş direktoru Roman Kojuxar ilə görüşdə baş tutub. 


Geri qayıt