Əsas Səhifə > İdman > Azərbaycanın taekvondo hakimi beynəlxalq turnirlərə təyinat alıb

Azərbaycanın taekvondo hakimi beynəlxalq turnirlərə təyinat alıb


10-04-2025, 17:57


Azərbaycan Taekvondo Federasiyasının (ATF) Hakimlər Komitəsinin sədri Gündüz Abdullayev beynəlxalq turnirlərə təyinat alıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ATF-nin mətbuat xidməti məlumat yayıb.

Beynəlxalq dərəcəli referi Estoniyanın paytaxtı Tallində bu gün startı verilən və aprelin 15-dək davam edəcək Avropa Qran-prisində, klublararası Avropa çempionatında və “Tallin open” beynəlxalq turnirində Azərbaycanı təmsil edəcək.


Geri qayıt