Əsas Səhifə > REGİON > Türkiyədə daş kömür mədəni çöküb, 13 nəfər xəsarət alıb
Türkiyədə daş kömür mədəni çöküb, 13 nəfər xəsarət alıb10-04-2025, 10:03 |
Türkiyənin Ankara əyalətinin Beypazarı rayonunda daş kömür mədəninin çökməsi nəticəsində biri ağır olmaqla 13 nəfər xəsarət alıb. Şəffaflıq.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb. Bildirilib ki, uçqun aprelin 10-da səhər saatlarında Hırkatepe məhəlləsindəki kömür mədənində, istehsal maşınlarının olduğu bölmədə baş verib. Məlumata görə, mədəndə ümumilikdə 29 nəfər olub. Yaralılardan 11-i Beypazarı Dövlət Xəstəxanasına yerləşdirilib, 2-si Ankara şəhərinə göndərilib. Geri qayıt |