Əsas Səhifə > HƏRBİ > Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub


10-04-2025, 09:32


Aprelin 9-u saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsüskənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - nazirlikdən əlavə olunub.

Şəffaflıq.az


Geri qayıt