Əsas Səhifə > Hadisə > Sabirabadda evdə yanğın olub, 5 nəfər xəsarət alıb, 2 nəfər tüstüdən zəhərlənib

Sabirabadda evdə yanğın olub, 5 nəfər xəsarət alıb, 2 nəfər tüstüdən zəhərlənib


10-04-2025, 09:29


Sabirabadda evdə yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayonunun Bala Həşimxanlı kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 5 nəfər yanıq xəsarəti alıb, 2 nəfər tüstüdən zəhərlənib. Bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şəffaflıq.az


Geri qayıt