Əsas Səhifə > Hadisə > Bakıxanov qəsəbəsində avtomobil piyadanı vuraraq yaralayıb
Bakıxanov qəsəbəsində avtomobil piyadanı vuraraq yaralayıb9-04-2025, 10:12 |
Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə rayonun Bakıxanov qəsəbəsində qeydə alınıb. 1994-cü il təvəllüdlü İbrahimov Rafael Rasim oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |