Əsas Səhifə > HƏRBİ > Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub
Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub9-04-2025, 10:10 |
Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. "Aprelin 8-i saat 19:20-dən 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub", – məlumatda qeyd olunub. Bildirilib ki, ordunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Şəffaflıq.az Geri qayıt |