Əsas Səhifə > EKOLOGİYA > Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək8-04-2025, 13:02 |
Bakıda və Abşeron yarımadasında aprelin 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq. Azərbaycanın bəzi şimal və qərb rayonlarından başlayaraq fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 17-22° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq. Şəffaflıq.az Geri qayıt |