Əsas Səhifə > Hadisə > Bakıda kişi özündən 12 yaş kiçik qohumunu öldürməkdə şübhəli bilinir

Bakıda kişi özündən 12 yaş kiçik qohumunu öldürməkdə şübhəli bilinir


8-04-2025, 11:29


Bakıda kişi qohumunu öldürməkdə şübhəli bilinir.

Şəffaflıq.az xəbər verir ki, hadisə ötən gün Qaradağ rayonunun Sahil qəsəbəsində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Nail Həsənovun üzərində xəsarət izləri olan meyiti aşkar edilib. Hazırda polis əməkdaşları cinayət əməlini törətmiş şəxsin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanılıb.


Geri qayıt