Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Aprelin 10-da Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
Aprelin 10-da Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək8-04-2025, 10:41 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) aprelin 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutub. Şəffaflıq.az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək. Geri qayıt |