Əsas Səhifə > MEDİA > "Mədəniyyət" qəzeti bundan sonra sayt kimi fəaliyyətini davam etdirəcək

"Mədəniyyət" qəzeti bundan sonra sayt kimi fəaliyyətini davam etdirəcək


4-04-2025, 15:22


"Mədəniyyət" qəzetinin çapı dayandırılıb.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mətbu orqan bundan sonra fəaliyyətini elektron formatda davam etdirəcək.

Qeyd edək ki, "Mədəniyyət" qəzetinin ilk sayı 1991-ci ilin yanvarın 2-də nəşr olunub. Qəzetin təsisçisi Mədəniyyət Nazirliyidir. Nazirliyin mətbu orqanı kimi nəşrin başlıca vəzifəsi Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətini işıqlandırmaq, bu sahədə görülən işləri ictimaiyyətə çatdırmaqdır.

Şəffaflıq.az


Geri qayıt