Əsas Səhifə > Hadisə > Vətən müharibəsindən sonra Azərbaycanda 388 şəxs mina terrorunun qurbanı olub
Vətən müharibəsindən sonra Azərbaycanda 388 şəxs mina terrorunun qurbanı olub4-04-2025, 12:23 |
Vətən müharibəsindən sonra Azərbaycanda 388 şəxs mina terrorunun qurbanı olub. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Qeyd edilib ki, ümumilikdə post-münaqişə dövründə 70 nəfər həlak olub. Onlardan 55-i mülkü şəxs, 15 nəfəri isə hərbi qulluqçudur. Eyni zamanda 318 nəfər xəsarət alıb ki, onlardan 149 nəfəri mülkü şəxs, 169 nəfəri isə hərbçidir. Geri qayıt |