Əsas Səhifə > ELM VƏ TƏHSİL > Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılıb
Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılıb4-04-2025, 12:13 |
Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib. Bu barədə İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında fasiləsiz olaraq 3 tədris ili çalışan şəxslər iştirak edə bilərlər. Müəllimlər 10 aprel saat 11:00-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Elektron ərizələrin qəbulu mərhələsi başa çatdıqdan sonra müsabiqənin növbəti – vakansiya seçimi mərhələsi barədə ictimaiyyətə məlumat veriləcək. Daha ətraflı məlumat üçün müsabiqəyə dair sual-cavabla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: https://www.miq.edu.az/yerdeyishme/faq Şəffaflıq.az Geri qayıt |