Əsas Səhifə > Gündəm > “Gözlərini açır, əllərini hərəkət etdirə bilir” - Oqtay Gülalıyevdən xəbər var
“Gözlərini açır, əllərini hərəkət etdirə bilir” - Oqtay Gülalıyevdən xəbər var16-01-2020, 16:19 |
«Bu il yanvarın 10-da Oqtayın başında aparılan əməliyyatdan sonra qızdırması olsa da, artıq iki gündür ki, qızdırması düşüb». Bunu "Azadlıq" radiosuna bu gün, yanvarın 16-da hazırda Türkiyənin İstanbul şəhərindəki “Amerika” Xəstəxanasında müalicəsi davam etdirilən hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib. «Həm də artıq Oqtayın reaksiyaları da normallaşır. Belə ki, yanvarın 10-da keçirilmiş əməliyyatdan sonra reaksiyaları zəifləmişdi. Həkimlər bunu əməliyyatla əlaqələndirirdilər. İndi isə artıq gözlərini açır, əllərini əməliyyatdan əvvəlki tempdə hərəkət etdirə bilir», - F.Gülalıyeva əlavə edib. Onun sözlərinə görə, əməliyyat zamanı beyinə qan sızması və başqa mənfi hallar aşkar edilməyib. F.Gülalıyeva deyib ki, yığılan mayenin axıdılması üçün başın sağ hissəsinə şunt qoyulub: «Amma həkimlər Oqtayda şüur oyanıqlığı baş verməsinin bir zaman alacağını, gözləməyin lazım gəldiyini deyirlər». Şəffaflıq.az Geri qayıt |