Əsas Səhifə > REGİON > Rusiyada gəmi təmiri zavodunda yanğın baş verib, xəsarət alanlar var

Rusiyada gəmi təmiri zavodunda yanğın baş verib, xəsarət alanlar var


3-04-2025, 12:52


Rusiyanın Kareliya Respublikasındakı "Oneqa" gəmiqayırma və gəmi təmiri zavodunda qaz balonu partlayıb.

Şəffaflıq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə respublikanın başçısı Artur Parfençikov bildirib.

Yanğın zamanı 3 nəfər xəsarət alıb.

Hadisənin təfərrüatları araşdırılır.

Yanğının sahəsi 1500 kv. m təşkil edir. Hazırda Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir. Xilasedicilər kvadrokopterlərin köməyi ilə zavod ərazisini yoxlayırlar.


Geri qayıt