Əsas Səhifə > EKOLOGİYA > Əksər bölgələrdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Əksər bölgələrdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA3-04-2025, 09:56 |
Ölkə ərazisinin əksər bölgələrində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Şəffaflıq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin saat 9:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti Kəlbəcərdə 21 m/s, Şahdağ və Qubada 20 m/s, Goranboy və Altıağacda 19 m/s, Daşkəsən və Naftalanda 18 m/s, Şabranda 16 m/s, Lerikdə 15 m/s-dək güclənib. Düşən yağıntının miqdarı Ordubadda 4, Zaqatala və Şəkidə 3, Qax, Tovuz, Ceyrançöl, Balakən və Gədəbəydə 2, Lerik, Biləsuvar, Lənkəran, Göygöl, Gəncə, Şəmkir, Naxçıvan, Sədərək, Şərur, Şahdağ və Şahbuzda 1 mm-dir. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25, Aran rayonlarında 24, Naxçıvan MR-da 22, dağlıq rayonlarda isə 15 dərəcəyədək isti qeydə alınıb. Geri qayıt |