Əsas Səhifə > Şou-biznes / Mədəniyyət > "Bədii şura gözlərini bərəldib, elə məni görürdü" -
"Bədii şura gözlərini bərəldib, elə məni görürdü" -16-01-2020, 10:46 |
Allah məni pis gözlərdən qorusun.Şəffaflıq.az bildirir ki, bu sözləri oxu.az-ın əməkdaşı ilə söhbətində Əməkdar artist Mehriban Xanlarova deyib. O, yay aylarında keçirdiyi dəhşətli qəzadan danışaraq, məsələnin onun xeyrinə həll olunduğunu bildirdi: "Məhkəmə olmadı. Avtomobilim sığortalı idi. Sığorta şirkətinin nümayəndələri evə gəldi, vəziyyətimə baxdı və məsələni mənim xeyrimə həll etdi". Uzun zamandır efirlərə çıxmayan sənətçi məsələyə bu cür don geyindirdi: "Emosional insanam. Bunu hamı bilir. Qərara gəldim ki, bir müddət proqramlara çıxmayım. Haqsızlıq olanda özümdən çıxıram. Məndən asılı deyil, haqsızlığı götürmürəm. Özümü də cilovlaya bilmirəm". Bir neçə ay öncə Space TV-də yayımlanan aparıcı Kamran Həsənlinin müəllif verilişində qonaq olub, açılan mövzu ətrafında aparıcı ilə sözü çəp gələn aktrisa, canlı efirdə yaşananlarla bağlı açıqlama verdi: "Kamranın verilişinə çıxdım. Üstündən bir neçə dəqiqə keçmədi ki, aləm dəydi bir-birinə. Konkret sözümü çatdırıb, proqramı tərk etdim. Bunu orada da dedim, əgər mənim istedadım yoxdursa, məni lap apar Amerikada oxutdur, içim boşdursa, demək, boş da qalacaq. Notları bilsəm də, oxumağa səsim olmayandan sonra notlar mənim nəyimə gərəkdir? Notu bilməyən o qədər müğənnilərimiz var ki, amma görün, necə gözəl ifa edirlər. Oxuyanda da bəh-bəhlə onları tərifləyirik. Əsas istedaddır. İstedad olandan sonra heç kim sərhəd çəkə bilməz. Verilişdən normal şəkildə ayrıldım. İstəmədim ki, aramızda olan pərdə götürülsün. İndi də Kamranla görüşsəm, salamını alaram. Əgər almasa, özü bilər. Salam Allah salamıdır". "Kanalların birində veriliş açıb, yenidən aparıcılıq edəcəksiniz?" sualına M.Xanlarova bu cür reaksiya bildirdi: "İndi bütün məsələlər sponsorun gücü ilə həll olunur. Veriliş açmaq üçün ya gərək pulun olsun, ya da ki, yaxşı sponsor tapasan. Beynimdə maraqlı bir layihə var. Çox istərdim onu həyata keçirim. Bunu da zamanın axarına buraxmışam. Televiziyaların özündən təkliflər alıram". "Aparıcı olduğunuz "Canım sizə desin" proqramında qonağınız ilə birgə şpaqat açaraq "Azəri Vandamı" təqlid etməniz ARB kanalının Bədii şurası tərəfindən labüd sayılmayaraq, bağlandı" şərhinə əməkdar artist od püskürdü: "Telekanalda olan Bədii şura gözlərini bərəldib, elə məni gördü. Guya verilişimdə qlobal və qalmaqallı bir şey olmuşdu, ona görə qərara gəldilər ki, Mehribanın verilişi bağlanılmalıdır. O biri verilişlərə də gözlərini "şpilka"lıyıb diqqətlə baxıb, izləsinlər. Görsünlər, efirlərdə nələr baş verir". Şəffaflıq.az Geri qayıt |