Əsas Səhifə > Hadisə > Bakıda 59 yaşlı qadını avtomobil vuraraq öldürüb

Bakıda 59 yaşlı qadını avtomobil vuraraq öldürüb


1-04-2025, 09:39


Bakıda avtomobil qadını vuraraq öldürüb.

Şəffaflıq.az-ın xəbərinə görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində qeydə alınıb.

1996-cı il təvəllüdlü Elçin Qəhrəmanov idarə etdiyi "VAZ 21 010" markalı avtomobillə 1966-cı il təvəllüdlü Xatirə Məmmədovanı vurub.

Qadın xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Xatirə Məmmədova ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


Geri qayıt